
ÇL: “Qarabağ” sonuncu səbətdə olacaq – Pley-off səddini aşsa
UEFA Çempionlar Liqasında yoluna davam edən “Qarabağ”ı turnirin liqa mərhələsindən cəmi bir oyun ayırır.
Komanda.az xəbər verir ki, “köhlən atlar” pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”unu mübarizədən kənarlaşdırsa (ilk oyunda 3:1 hesablı qələbə), Avropanın nəhəng klubları Bakıya gələcək.
“Qarabağ” mərhələ adlayacağı təqdirdə, liqa mərhələsinin püşkatması zamanı sonuncu – 4-cü səbətdə yer alacaq.
Hazırda ağdamlıların əmsalı turnirə əsas mərhələdən başlayacaq “Atletik” (İspaniya) və “Nyukasl”dan (İngiltərə) çoxdur. Amma 32,000-lik əmsal aşağı reytinqli komandalar sırasında yer almaq deməkdir.
Çempionlar Liqasında liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



