“Qarabağ” Polşadan məğlub qayıdır
“Qarabağ” bu UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Komanda.az xəbər verir ki, “köhlən atlar” Polşa təmsilçisi “Rakuv”la qarşılaşıb.
İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u mübarizədən kənarlaşdıran (2:1, 4:0) “Qarabağ” “Rakuv”la ilk görüşünü Çenstoxovadakı “Miejski” stadionunda keçirib. O
Beş qolun qeydə alındığı oyun Ağdam təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
Komandalar arasında cavab matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
26 iyul
Rakuv (Polşa) – Qarabağ 3:2
Qol: Elvin Cəfərquliyev, 55-öz qapısına. Fabian Pyasetski, 71. Sonni Kittel, 90+1 – Redon Cica, 73; 75.
Baş hakim: Lukas Fandrix (İsveçrə)
Çenstoxova, “Miejski” stadionu
Rakuv: 1. Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Marçin Tsebulya, 9. Lukaş Zvolinski.
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 5. Qustav Berqqren, 6. Şimon Çiy, 11. Con Yeboa, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 93. Sonni Kittel, 99. Fabian Pyasetski.
Baş məşqçi: David Şvarqa.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Bizi Facebook-da izləyin