ÇL: “Qarabağ” pley-offda bu klublardan biri ilə qarşılaşa bilər

Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi olacaq.

Komanda.az xəbər verir ki, püşkatmada “Qarabağ”ın da potensial rəqibi bilinəcək. “Köhlən atlar” 3-cü təsnifat mərhələsində Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə, cavab matçı avqustun 12-də Bakıda keçiriləcək.

Püşkatmada “Qarabağ” – “Şkendiya” cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq komandalardan biri ilə qarşılaşacaq:

“Bude-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya).

Ya da, “Qarabağ” ÇL-də 3-cü mərhələnin cütlərinin qaliblərindən biri ilə görüşə bilər:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya), “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan).

Püşkatma saat 14:00-da başlayacaq.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button