ÇL: “Qarabağ” Kiyev “Dinamo”su ilə qarşılaşa bilər

İyulun 21-də Nyonda (İsveçrə) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Komanda.az xəbər verir ki, ÇL-in 2-ci təsnifat mərhələsində “Şelburn”la qarşılaşacaq “Qarabağ”ın potensial rəqibi də müəyyənləşəcək. Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinə yüksəlsə, səpələnmişlərin səbətində yer alacaq:

“Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan), “Dinamo” (Kiyev, Ukrayna) – “Hamrun Spartans” (Malta) – FKSB (Rumıniya) – “Şkendiya”(Şimali Makedoniya), “Lex” (Polşa) – “Breydablik” (İslandiya), RFS (Latviya) – “Malmö” (İsveç), KuPS (Finlandiya) – “Kayrat” (Qazaxıstan).

Üçüncü təsnifat mərhələsinin oyunları avqustun 5-6-sı və 12-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button