ÇL: “Qarabağ” fantastik gəlir əldə edəcək

Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə görə Macarıstan “Ferensvaroş”unu mübarizədən kənarlaşdıraraq (ümumi hesab – 5:4), liqa mərhələsinə vəsiqə qazanan “Qarabağ” büdcəsini xeyli zənginləşdirəcək.

Komanda.az xəbər verir ki, “köhlən atlar” tarixində ikinci dəfə ÇL-də əsas mərhələyə yüksəlməklə UEFA-nın hər bir komandaya ayırdığı 18,62 milyon avroluq (36 milyon manatdan çox) vəsaiti qazanıb. Bu, Azərbaycan futbolu tarixində hansısa turnirdə iştiraka görə əldə edilən ən yüksək qazancdır. Amma bu məbləğ arta bilər. Turnirin mükafat qaydalarına görə, iştiraçıların reytinqinə əsasən əlavə bonus da ödənir.

ÇL-in liqa mərhələsində hər qələbənin dəyəri 2,1 milyon avro (4,155 milyon manat), heç-heçənin mükafatı isə 750 min avro (1,484 min manat) təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button