ÇL: “Qarabağ” bu gün “Şkendiya” ilə ilk oyununu keçirəcək

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq. Azərbaycan çempionu Şimali Makedoniyada yerli “Şkendiya” komandası ilə üz-üzə gələcək. Oyun saat 22:00-da start götürəcək.

Matçın baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button