
ÇL: “Qarabağ” bu gün “Şkendiya” ilə cavab oyununu keçirəcək
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, “köhlən atlar” Bakıda Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.
Skopyedəki ilk oyunda Azərbaycan çempionu bir cavabsız qolla qalib gəlib.
Bu cütün qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin