
ÇL: “Qarabağ” bu gün “Kopenhagen”lə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2-ci turda Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FİFA referisi Serdar Gözübüyük idarə edəcək.
“Qarabağ” 1-ci turda Portuqaliyada “Benfika”nı məğlub edib – 3:2. “Kopenhagen” isə evdə Almaniya “Bayer”i ilə heç-heçə edib – 2:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


