ÇL: “Qarabağ” bu gün ilk oyununu keçirəcək

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, “köhlən atlar” səfərdə İrlandiyanın “Şelburn” klubu ilə üz-üzə gələcək.

Xorvatiyalı referi Ante Kulinanın idarə edəcəyi matç Dublindəki “Tolka Park” arenada, saat 22:45-də start götürəcək.

Komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.

Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

23 iyul

22:45. Şelburn (İrlandiya) – Qarabağ (Azərbaycan)
Baş hakim: Ante Çulina (Xorvatiya).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button