
ÇL: “Qarabağ” bu gün “Çelsi” ilə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə üz-üzə gələcək.
Komanda.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Görüşü avstriyalı FİFA referisi Sebastyan Qishamer idarə edəcək.
Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.
“Qarabağ” 1-ci turda Portuqaliyada “Benfika”nı (3:2), 2-ci turda Bakıda Danimarkanın “Kopenhagen” komandasını (2:0) məğlub edib. “Köhlən atlar” 3-cü turda İspaniyada “Atletik”ə (1:3) uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



