ÇL: “Qarabağ” bu gün Bolqarıstan klubu ilə qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, “köhlən atlar” 3-cü təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.

Cavab oyunu avqustun 13-də “Ludoqorets Arena”da keçiriləcək.

Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

İlk oyun

6 avqust

20:00. Qarabağ – Ludoqorets (Bolqarıstan)
Baş hakim: Urs Şnider
Tofiq Bəhramov adına Respublika stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button