
ÇL: “Qarabağ” bu gün “Benfika” ilə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Benfika”nın qonağı olacaq. Oyun “Estadiu da Lus” stadionunda, saat 23:00-da start götürəcək. Matçın baş hakimi belçikalı FİFA referisi Erik Lambrexts olacaq.
Azərbaycan çempionu 2-ci turda, oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
16 sentyabr
23:00. Benfika (Portuqaliya) – Qarabağ
Baş hakim: Erik Lambrexts.
Lissabon, “Estadiu da Lus” stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



