ÇL: “Qarabağ” “Barselona”nın uğurunu təkrarlayıb

“Qarabağ” UEFA Çempionlar Liqasında “Barselona”nın uğurunu təkrarlayıb.

Komanda.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Benfika” 2025-ci ilədək heç vaxt qitənin bir nömrəli klub turnirində 2 top fərqi ilə öndə olduğu matçı uduzmayıb.

“Qartallar” artıq bu il iki dəfə bu aqibəti yaşayıb. Portuqaliya təmsilçisi ilin əvvəlində, “Barselona” ilə liqa mərhələsinin 7-ci turunun matçında 4:2 hesabı ilə öndə olandan sonra yenilib – 4:5.

“Qarabağ” səfərdə “Benfika”nı 3:2 hesabı ilə üstələyib. Meydan sahibləri 30-cu dəqiqəyədək 2:0 hesabı ilə üstün olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button