Çempionlar Liqası: “Qarabağ” 3-lükdə

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Komanda.az xəbər verir ki, “Qarabağ” qitənin bir nömrəli klub turnirində ən çox qol vuran komandaların siyahısında yer alıb.

“Köhlən atlar” 4 oyunda ümumilikdə 10 dəfə fərqlənib. Azərbaycan təmsilçisi bu göstəriciyə görə 3-cü təsnifat mərhələsindəki rəqibi Macarıstan “Ferentsvaroş”u ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Norveç “Bude Qlimt”i 12 qolla birinci, İslandiya “Vikinqur”u 10 qolla ikinci pillədə qərarlaşıb.

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges bombardirlik cədvəlində 4 qolla ikinci yerdədir. “Bude Qlimt”dən Viktor Bonifeys siyahıya başçılıq edir – 5.

Bakıda “Sürix”i 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. “Köhlən atlar” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”u ilə üz-üzə gələcək. Ağdam komandası ilk görüşünü 3 avqustda Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button