
ÇL: “Biz ürəklə oynadıq və bununla qürur duyuram”
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Barselona” və “İnter” 3:3 hesablı heç-heçə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmanın ən yaxşı oyunçusu seçilən İtaliya təmsilçisinin futbolçusu Denzel Dumfris matçdan sonra fikirlərini bölüşüb:
“Biz ürəklə oynadıq və bununla qürur duyuram. Nəticə pis deyil. Əlbəttə, qalib gəlmək istərdik, amma düşünürəm ki, bu, yaxşı oyun idi. Qarşılaşmanın taleyi hələ də açıqdır. Görək növbəti oyunda nə olacaq”.
Dumfris bu qarşılaşmada 2 qol vurub və Markus Türama məhsuldar ötürmə verib. Cavab oyunu mayın 6-da Milanda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



