ÇL: “Qalatasaray” heç-heçə ilə başladı
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Türkiyə çempionu “Qalatasaray” “Jalgiris”in (Litva) qonağı olub. İstanbul təmsilçisi 4 qolluq matçdan heç-heçə ilə ayrılıb.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su isə evdə Qazaxıstan “Astana”sı ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Emreli 80-ci dəqiqədə meydana daxil olub.
Azərbaycan təmsilçisi “Qarabağ”ın oyunu və digər 4 qarşılaşma sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
25 iyul
HJK (Finlandiya) – Molde (Norveç) 1:0
Jalgiris (Litva) – Qalatasaray (Türkiyə) 2:2
Dinamo (Zaqreb, Xorvatiya) – Astana (Qazaxıstan) 4:0
Dnepr-1 (Ukrayna) – Panatinaikos (Yunanıstan) 1:3
Servett (İsveçrə) – Genk (Belçika) 1:1
Zrinski (Bosniya və Herseqovina) – Slovan (Slovakiya) 0:1
Breydablik (İslandiya) – Kopenhagen (Danimarka) 0:2
Bizi Facebook-da izləyin