ÇL: “Qalatasaray” bu gün həlledici oyuna çıxacaq
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna start veriləcək.
Komanda.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Danimarkada “Kopenhagen”in qonağı olacaq. İstanbul komandası növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir. Bu oyunda mümkün bərabərlik və “Mançester Yunayted”in qələbəsi “cim-bom”un avrokuboklarla vidalaşmasına səbəb ola bilər.
Bu qruplarda “Bayern”, “Arsenal”, PSV, “Real”, “İnter” və “Zalsbuq” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər.
Çempionlar Liqası, qrup mərhələsi, 6-cı tur
12 dekabr
A qrupu
00:00. Mançester Yunayted (İngiltərə) –Bayern (Almaniya)
00:00. Kopenhagen (Danimarka) – Qalatasaray (Türkiyə)
Xal: Bayern– 13, Kopenhagen – 5, Qalatasaray – 5, Mançester Yunayted – 4
B qrupu
21:45. Lans (Fransa) – Sevilya (İspaniya)
21:45. PSV (Niderland) – Arsenal (İngiltərə)
Xal: Arsenal – 12, PSV – 8, Lans – 5, Sevilya – 2
C qrupu
00:00. Napoli (İtaliya) – Braqa (Portuqaliya)
00:00. Union (Berlin, Almaniya) – Real (İspaniya)
Xal: Real – 15, Napoli – 7, Braqa – 4, Union – 2
D qrupu
00:00. İnter (İtaliya) – Real Sosyedad (İspaniya)
00:00. Zalsburq (Avstriya) – Benfika (Portuqaliya)
Xal: Real Sosyedad – 11, İnter – 11, Zalsburq – 4, Benfika – 1
Bizi Facebook-da izləyin