ÇL: “Qalatasaray” bu gün “Bayern”lə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turuna start veriləcək.

Komanda.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında matçlar keçiriləcək.

Türkiyənin “Qalatasaray” klubu bu gün turnirin favoritlərindən sayılan Almaniya “Bayern”ini qəbul edəcək. İstanbul təmsilçisi qalib gələrsə, qrup liderliyini ələ keçirəcək.

Çempionlar Liqası, 3-cü tur

24 oktyabr

A qrupu
20:45. Qalatasaray (Türkiyə) – Bayern (Almaniya)
23:00. Mançester Yunayted (İngiltərə) – Kopenhagen (Danimarka)
Xal: Bayern – 6, Qalatasaray – 4, Kopenhagen – 1, Mançester Yunayted – 0.

B qrupu
23:00. Lans (Fransa) – PSV (Niderland)
23:00. Sevilya (İspaniya) – Arsenal (İngiltərə)
Xal: Lans – 4, Arsenal – 3, Sevilya – 2, PSV – 1.

C qrupu
23:00. Braqa (Portuqaliya) – Real (İspaniya)
23:00. Union (Almaniya) – Napoli (İtaliya)
Xal: Real – 6, Napoli – 3, Braqa – 3, Union – 0.

D qrupu
20:45. İnter (İtaliya) – Zalsburq (Avstriya)
23:00. Benfika (Portuqaliya) – Real Sosyedad (İspaniya)
Xal: Real Sosyedad – 4, İnter – 4, Zalsburq – 3, Benfika – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button