ÇL: Superkompüter “Barselona”nı daha şanslı görür

“Opta” superkompüteri UEFA Çempionlar Liqasının ikinci turunda keçiriləcək “Barselona” – PSJ matçının ehtimallarını hesablayıb.

Komanda.az xəbər verir ki, Hans-Diter Flikin komandası ev oyununda favorit sayılır və kataloniyalıların qələbə şansı 46,4 faiz olaraq qiymətləndirilib.

Paris təmsilçisinin İspaniyadan 3 xalla dönmə ehtimalı 29,9, qarşılaşmanın heç-heçə bitmə ehtimalı isə 23,7 faiz göstərilib.

PSJ Çempionlar Liqasının son qalibidir. “Barselona” – PSJ matçı sabah saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button