
ÇL: Slot PSJ-nin puluna diqqət çəkdi
“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyunu öncəsi danışıb.
İlk oyunda parislilər 0:1 hesabı ilə məğlub olublar.
Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı PSJ-nin ilk matçda onda böyük təəssürat yaratdığını bildirib:
“Düzünü desək, PSJ haqqında danışarkən dünyanın ən zəngin klubundan söhbət edirik. Daha zəngin klub ola bilər, amma Luis Enrike orada əla iş görür. Ona görə də, bütün gücümüzü verməliyik. Amma məsələn, PSJ-dən sonra dünyanın digər ən zəngin klubu olan “Mançester Siti” ilə matçda heç topa sahib olmadıq və “şəhərlilər”lə evdə səfərdə olduğundan tamamilə fərqli şəkildə oynadıq. PSJ ilk matçda məndə böyük təəssürat yaratdı”.
PSJ Çempionlar Liqasının ümumi mərhələsini 15-ci pillədə başa vurub və pley-off oyunlarına qatılıb. “Liverpul” isə ümumi sıralamada lider olub və 1/8 finala birbaşa vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin



