ÇL: “Barselona” PSJ-yə qarşı lazımi şəkildə oynayacaq”
“Tuluza”nın baş məşqçisi Karlos Martinez Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə PSJ arasında keçiriləcək matçlar haqda danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Paris klubunun bu oyunlarda favorit olacağını bildirib:
“Əlbəttə, PSJ bir qədər favorit olacaq, çünki onların daha güclü heyəti var. Bununla belə, “Barselona” parislilərə qarşı lazımi şəkildə oynayacaq, ona görə ki, komanda yaxşı formadadır. “Barselona”nın PSJ-nin Kilian Mbappe, Osman Dembele kimi sürətli hücumçularını dəf etmək üçün yaxşı müdafiəsi var”.
Xatırladaq ki, Martinez əvvəllər “Barsa”nın akademiyasında məşqçi işləyib.
“Barselona” və PSJ arasında ilk oyun Parisdə, cavab görüşü isə Kataloniya keçiriləcək.
Bizi Facebook-da izləyin