ÇL: Pley-off mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi ilə yanaşı, qarşılşacaq digər cütlüklər də müəyyənləşib:

Çempionlar yolu

“Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)

“Dinamo” (Zaqreb, Xorvatiya) \ “Qarabağ” – “Ludoqorets (Bolqarıstan) cütünün qalibi

“Midtulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi \ “Slovan” (Slovakiya) – APOEL (Kipr) cütünün qalibi

“Yagellonya” (Polşa) – “Budo Qlimt” (Norveç) cütünün qalibi \ “Srvena Zvezda” (Serbiya)

“Malmö” – PAOK cütünün qalibi \ “Sparta” – “Styaua” cütünün qalibi

Liqa yolu

“Lill” – “Fənərbaxça” cütünün qalibi \ “Slaviya” – “Union Sent Jiloaz” cütünün qalibi
“Dinamo” K – “Reyncers” cütünün qalibi \ “Zalsburq” – “Tvente” cütünün qalibi

Pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button