ÇL: Pepe öz rekordunu yeniləyib
“Portu”nun müdafiəçisi Pepe Çempionlar Liqasında öz rekordunu yeniləyib.
Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu buna qrup mərhələsinin 6-cı turunda “Şaxtyor”la matçda (5:3) fərqlənməklə nail olub. O, oyunun 75-ci dəqiqəsində topu rəqibin qapısına göndərib. Nəticədə, 40 yaş 290 günlüyündə fərqlənən Pepe, turnir tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu kimi öz rekordunu yeniləyib.
Bundan əvvəl Pepe 40 yaş 254 günlük olarkən ÇL-in 4-cü turunda, “Antverpen”lə oyunda qol vurmuşdu.
“Portu” “Şaxtyor” üzərindəki qələbə sayəsində 1/8 finala adlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin