ÇL: “Oyunçuların gördüyü işdən qürur duyuram” – “Portu”nun baş məşqçisi

“Portu”nun baş məşqçisi Serxio Konseysao Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Barselona” ilə oyunundan (0:1) sonra keçirdiyi emosiyalardan danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, baş məşqçi futbolçuları ilə qürur duyduğunu deyib:

“Oyunçuların gördüyü işdən qürur duyuram. Biz hesabı bərabərləşdirməyə çalışaraq matçı aktiv şəkildə başa vurduq. Oyunboyu diqqətinizi cəmləməlisiz. “Barselona”nın birinci hissənin sonunda önə keçməsi təəssüf doğurur. Bütün 90 dəqiqə ərzində diqqətli olmalısız. Amma indi biz yolumuza davam etməliyik.

Baş hakimin işi haqqında nə düşünürəm? Bu barədə artıq üç-dörd müsahibəmdə danışmışam. Biz bir komandaya qarşı oynadıq. Bu da kifayətdir”.

“Barselona” 6 xalla H qrupuna başçılıq edir, “Portu” isə ikinci yerdədir (3 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button