İnzaqi: “Oyuna ürəyimizi qoyduq”

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının “Barselona”ya qarşı cavab oyunu haqqında fikirlərini bölüşüb.

Milan komandası 4:3 hesabı ilə qalib gələrək, turnirin finalına yüksəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bütün çətinlikləri dəf etdiklərini bildirib:

“Bəzi problemlərimiz var idi, ancaq oyuna ürəyimizi qoyduq və bütün çətinlikləri dəf etdik. Sahib olduğumuz keyfiyyətlərdən istifadə etməyə çalışdıq. İlk oyundan sonra bir planımız var idi, amma fədakarlıq, hər kəsin köməyi olmadan bu vəzifənin öhdəsindən gələ bilməzdik. Uşaqlar əla iş gördülər, finala çıxmağı haqq etdilər”.

Çempionlar Liqasının finalında “İnter”in rəqibi PSJ və ya “Arsenal” olacaq. İkinci finalçı bu gecə müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button