ÇL: “Real” cavab matçına qorxusuz çıxacaq”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand UEFA Çempionlar Liqasının yarımfinalının “Real” – “Mançester Siti” görüşünü (1:1) şərh edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, Madrid təmsilçisinin cavab oyununa rahat çıxacağını deyib:

“Real” cavab matçına qorxusuz çıxacaq. Onlar Mançester səfərində çox rahat olacaqlar. Bu klub Çempionlar Liqasında çıxış edən bütün İngiltərə təmsilçilərinin sayı qədər həmin turniri qazanıb. “Real” Çempionlar Liqasına ev sahibliyi edir”.

“Mançester Siti” – “Real” cütünün cavab qarşılaşması mayın 17-də, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button