ÇL: “Onlar hər zaman dominant kimi çıxış edirlər”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının qrup mərhələsinin son oyununda PSV ilə keçiriləcək matçla bağlı gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis rəqib komandanın oyun tərzini bəyəndiyini bildirib:
“PSV oyun tərzi, ardıcıllığı və matçlarda qalib gəlmələri ilə həqiqətən əladır. Oyun tərzlərini bəyənirəm. Onlar hər zaman dominant kimi çıxış edirıər. Bukayo Saka yaxşıdır. Bir neçə oyunçu ilə yenidən bərpa günü keçirməyə qərar verdik”.
“Topçular” Çempionlar Liqasında 5 turdan sonra 12 xalla B qrupuna liderlik edirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin