
ÇL: “Onların bəxti gətirdi” – Arteta
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun matçında “Lans”a məğlubiyyətdən (1:2) danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi rəqib komandanın fürsətlərdən yaxşı istifadə edərək, oyunu kökündən dəyişdiyini bildirib:
“Lans”ı təbrik edirəm. Bu, asan deyildi. Gördüyümüz kimi, onlar həqiqətən yaxşı komandadırlar və atmosfer əla idi. Biz ən çətin şeyi etdik: birinci qol vurduq və oyuna tam nəzarət etdik. Lakin onların bəxti gətirdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin