ÇL: “Onlar bizə çox əziyyət verdilər” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real Sosyedad”a qalib gəldikləri matç (2:0) haqqında danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin tərifə layiq olduğunu deyib:
“Bu komanda ilə oyunu səbirsizliklə gözləyirdik. “Real Sosyedad”ı təbrik edirik. Çünki onlar böyük komandadır! Əla döyüşdülər, mübarizə apardılar. Onlar bizə çox əziyyət verdilər. Onlar pressinq etdilər. “Real Sosyedad” hətta qola layiq idi.
Birinci hissə 0:0 hesabı ilə başa çatdı. Fasilədən sonra biz oyunumuzu gücləndirdik və daha yaxşı pressinq etdik. Hücumçularımız çox yaxşı oynadılar, amma cavab matçını düşünmək istəmirəm”.
Bu komandalar arasında cavab oyunu martın 5-də keçiriləcək.
Bizi Facebook-da izləyin