
ÇL: “O, güclü komandalarla matçlarda əvəzolunmazdır”
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun matçında “Union” üzərində qalibiyyətdən (3:2) danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis məhz belə oyunlarda komandanın hücumçusu Xoseluya ehtiyac olduğunu bildirib:
“Bir az qeyri-adi matç oldu. İlk 40 dəqiqədə oyunu idarə etdik. Xoselu 10 dəqiqəyə iki qol vurdu. O, güclü komandalarla matçlarda sadəcə əvəzolunmazdır”.
Madrid təmsilçisi qrupdakı bütün matçlarını qalib başa vuraraq, pley-off mərhələsinə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin