“Mançester Siti” və “İnter” də ÇL-in yarımfinalında!
Bu gün UEFA Çempionlar Liqasının 1/4 finalının daha iki cavab oyunu keçirilib.
Komanda.az xəbər verir ki, Almaniyada və İtaliyada baş tutan matçlarla növbəti yarımfinalçılar məlum olub.
“Mançester Siti” Almaniyada “Bayern”in qonağı olub. İlk görüşdə İngiltərədə 3 cavabsız qolla qalib gələn “şəhərlilər” cavab qarşılaşmasına üstünlüklə çıxıblar. Almaniyadakı heç-heçə Mançester təmsilçisinin yarımfinala çıxmasına şərait yaradıb.
Digər cütdə “İnter” Portuqaliya “Benfika”sını sınağa çəkib. Səfərdə 2:0 hesablı qələbə qazanan “neradzurra” üstünlüyünü qorumağı bacarıb.
Xatırladaq ki, ötən gün “Real” (İspaniya) “Çelsi”ni (İngiltərə), “Milan” (İtaliya) isə “Napoli”ni (İtaliya) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlmişdi. Beləliklə, yarımfinalda “Real”la “Mançester Siti”, “Milan”la isə “İnter” üz-üzə gələcək.
Çempionlar Liqası, 1/4 final mərhələsi
Cavab oyunları
19 aprel
Bayern (Almaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qol: Kimmix, 83-pen – Haland, 57.
Baş hakim: Klemen Turpin (Fransa)
Münhen, “Allianz Arena”
İlk oyun – 0:3
İnter (İtaliya) – Benfika (Portuqaliya) 3:3
Qol: Barella, 14. L.Martines, 65. Korrea, 78 – Aursens, 38. A.Silva, 86. P.Musa, 90+5.
Baş hakim: Karlos Del Serro (İspaniya)
Milan, “Cüzeppe Meatsa”
İlk oyun – 2:0
Bizi Facebook-da izləyin