ÇL: “Yaxşı komandaya qarşı oynadıq” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Barselona”ya məğlubiyyəti (2:3) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis yaxşı komandaya qarşı oynadıqlarını bildirib:

“Aydındır ki, matç  bizim istədiyimiz kimi olmadı. Yaxşı anlar yaşadıq. Yaxşı komandaya qarşı oynadıq. İkinci hissədə uğurla pressinq etdik. Amma rəqib güclü idi və yenidən önə keçdi.

Heç bir şübhəm yoxdur ki, biz aradakı fərqi geri qaytara biləcəyik. Məsələn, çempionatda heç vaxt səfərdə uduzmamışıq. Növbəti oyunlara həmişəki kimi hazırlaşacağıq və inamla Barselonaya uçacağıq”.

Cavab matçı aprelin 16-da Barselonada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button