ÇL: Niderland klubunun yeni bombardiri
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Borussiya”ya (Dortmund) qarşı keçirilən matç PSV-nin hücumçusu Luk de Yonq üçün əlamətdar olub.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, 33 yaşlı futbolçu görüşdə fərqlənib. Nəticədə, o, PSV-nin heyətində ÇL-də 9-cu qolunu vurub. Bununla da, De Yonq Ruud van Nistelroyu geridə qoyaraq PSV-nin Çempionlar Liqasındakı bombardiri olub.
De Yonq bunu 23 oyunda bacarıb.
PSV – “Borussiya” oyunu 1:1 hesabı ilə yekunlaşıb. Bu komandalar arasında cavab matçı martın 13-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin