ÇL: “Neftçi”nin qadınlardan ibarət komandası bu gün mübarizəyə başlayır

Bu gün “Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda turnirin 1-ci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə üz-üzə gələcək.

Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da start götürəcək.

2-ci qrupda “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button