ÇL: “İndiki vəziyyət məni bir az narahat edir”
UEFA Çempionlar Liqasının 3-cü turunun oyununda PSJ Niderlandın PSV klubunu qəbul edib (1:1). Parislilərin baş məşqçisi Luis Enrike bu oyunla bağlı danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı son görüşdə PSJ-nin kifayət qədər inamlı göründüyünü bildirib:
“Komandamız düzgün istiqamətdə irəliləyir. Çoxlu şanslar yaradırıq. Son görüşdə PSJ kifayət qədər inamlı görünürdü, amma bu, futboldur. İndiki vəziyyət məni bir az narahat edir. Nəticələri necə yaxşılaşdırmağı düşünürəm”.
PSJ Çempionlar Liqasının növbəti turunda, noyabrın 6-da“Atletiko” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin