ÇL: “Mən çox əsəbiləşirəm”

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can UEFA Çempionlar Liqasının ümumi mərhələsi çərçivəsində “Barselona”ya evdə məğlubiyyətdən danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı futbolçu çox əsəbiləşdiyini bildirib:

“Mən çox əsəbiləşirəm. Yaxşı futbol oynadıq, amma məğlub olduq. Biz irəli getməliyik. Son oyunda “Borussiya” rəqibini irəli buraxmadı və hesab 2:2 olduqdan sonra hətta qələbəyə daha yaxın olduğumuzu hiss etdik”.

Qarşılaşma Dortmundda baş tutub və “Borussiya”nın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Nuri Şahinin komandası bu oyundan sonra 12 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button