
ÇL: “Münhen finalı bizsiz baş tutacaq”
“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/4 final matçında “İnter”ə məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı futbolda hər şeyi təfərrüatların həll etdiyini bildirib:
“Futbolda hər şeyi təfərrüatlar həll edir. Hər iki oyunun məzmununa baxsaq, buraxılan qolları da nəzərə alsaq, çətin ki, bundan yaxşı mənzərə təsəvvür edə bilərdik. “İnter”in güclü tərəflərini bilirdik, amma həm də təhlükəli idik və şanslar yaratdıq. Münhen finalı bizsiz baş tutacaq, amma beş ay sonra yenidən Çempionlar Liqasında oynayacağıq. Bu, futboldur, bu, amansızdır, amma şanslarımız var idi”.
“San Siro”da keçirilən cavab matçı 2:2 hesabı ilə başa çatıb, nəticə italiyalıları qane edib. Münhendəki ilk oyunda “İnter” 2:1 hesabı ilə qalib gəlmişdi.
Bizi Facebook-da izləyin