ÇL: Müller 100-ə çatdı
“Bayern”in hücumçusu Tomas Müller komandası ilə Çempionlar Liqasında 100-cü qələbəsini qazanıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, tarixdə bu uğura imza atan üçüncü futbolçu olub.
Bundan əvvəl Kriştiano Ronaldo (115) və İker Kasilyas (101) Çempionlar Liqasında bir komandanın heyətində 100 qələbə qazana bilmişdi.
Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Bayern” “Mançester Yunayted”ə 4:3 hesabı ilə qalib gəlib.
Müller 2009-cu ildən Münhen klubunda çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin