ÇL: “Mançester Siti” üzərində qələbəni azarkeşlərimizə həsr edirik”
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında “Mançester Siti” üzərindəki qələbədən (4:2) sonra azarkeşlərə təşəkkür edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı dünyanın ən yaxşı azarkeşlərinin onların olduğunu bildirib:
“Deməliyəm ki, dünyanın ən yaxşı azarkeşləri bizimdir. İstər evdə, istərsə də səfərdə bizə dəstək olmaqdan heç vaxt əl çəkmirlər. “Mançester Siti” üzərində qələbəni onlara həsr edirik.
PSJ-nin mövsümün ən yaxşı oyunu? İntensivlik baxımından “Bayern”lə oyun da eyni səviyyədə idi. Yeganə fərq insanların yaddaşında qalan nəticədir”.
İkinci hissədə 0:2 hesabı ilə məğlub olan parislilər sonradan geridönüş edərək qalib gəlməyi bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin