ÇL: “Mançester Siti” və “Real” da 1/4 finala vəsiqə qazandı

Martın 6-da UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçirilib.

Komanda.az xəbər verir ki, turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka “Kopenhagen”ini sınağa çəkib. Oyun İngiltərə klubunun qələbəsi ilə başa çatıb. Bununla da, MS ÇL-in 1/4 finalına vəsiqə əldə edib.

“Real” isə “Leyptsiq”lə üz-üzə gəlib. Madriddə keçirilən matçda heç-heçə qeydə alınsa da, ilk oyundakı qələbə “kral klubu”nu növbəti mərhələyə daşıyıb.

Ötən gün “Bayern” və PSJ də 1/4 finala vəsiqə qazanıb.

1/8 final mərhələsinin digər 4 cavab oyunu martın 12-13-də keçiriləcək.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

6 mart

Mançester Siti (İngiltərə) – Kopenhagen (Danimarka) 3:1
Qol: Akanji, 5. Alvares, 9. Haland, 45+3 – Elyunussi, 29.
Baş hakim: Espen Eskas (Norveç).
Mançester, “Etihad” stadionu
İlk oyun – 3:1

Real (İspaniya) – Leyptsiq (Almaniya) 1:1
Qol: Vinisius, 65 – Orban, 68.
Baş hakim: Davide Massa (İtaliya).
Madrid, “Santiaqo Bernabeu”
İlk oyun – 1:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button