Motta: “Hər şey yaxşıdır”
UEFA Çempionlar Liqasının qrup mərhələsində növbəti görüşlər keçirilib.
Komanda.az “juvenews.eu”-ya istinadən xəbər verir ki, “Yuventus” “Lill”i məğlub edə bilməyib (1:1), ancaq komandanın baş məşqçisi Tiaqo Motta ən azı bir xal qazanmalarından məmnundur:
“Fərqli nəticə əldə etməyə çalışdıq, amma performansdan razıyam. Əlbəttə ki, yaxşılaşdırıla biləcək şeylər var, amma ümumilikdə hər şey yaxşıdır. Biz hazırda çox inamlı olan komandaya qarşı oynadıq və bu, meydanda özünü göstərdi”.
“Yuventus” Çempionlar Liqasında keçirdiyi 4 oyundan sonra 7 xalla 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin