ÇL: “Bizim üçün əla nəticə oldu”
“Barselona” dünən UEFA Çempionlar Liqasının 2-ci turunda İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib (5:0).
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, böyükhesablı qələbəni bayram edən Kataloniya klubunun yarımmüdafiəçisi Rafinya komandanın uğurlu çıxışından danışıb:
“Komanda başa düşdü ki, “Monako”ya məğlubiyyətdən sonra növbəti matçda özümüzü bərpa etməliyik. Bizim üçün əla nəticə oldu.
Öz oyunuma gəlincə, indi fərqli mövqedə oynayıram. Burada hərəkət etmək mənim üçün daha rahatdır”.
Hans-Diter Flikin komandası ilk turda səfərdə “Monako”ya 1:2 hesabı ilə uduzmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin