ÇL: “Milan”dan qələbə, “Real”dan möhtəşəm geridönüş
Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutub.
Turun mərkəzi qarşılaşması Madriddə baş tutub. Turnirin son finalçıları üz-üzə gəliblər. Qalib “Real” hazırkı lider “Borussiya”nı sınağa çəkib. Qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollansalar da, ikinci hissədə ssenari dəyişib. Karlo Ançelottinin komandası 5 qol vuraraq inamlı qələbə qazanıb.
İlk iki turda xal itirməyən “Yuventus” bu dəfə məğlub olub. “Aston Villa” isə uğurlu seriyanı davam etdirib.
Tura oktyabrın 23-də yekun vurulacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr
“Milan” (İtaliya) – “Brügge” (Belçika) 3:1
Qollar: Pulişiç, 34. Reynders, 61; 71 – Sabbe, 51.
“Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya) 5:1
Qollar: Minamino, 20; 70. Embolo, 45+4. Sinqo, 54. Akliuş, 90+6 – Ndiaye, 27-pen.
PSJ (Fransa) – PSV (Niderland) 1:1
Qollar: Hakimi, 55 – Lanq, 34.
“Yuventus” (İtaliya) – “Ştutqart” (Almaniya) 0:1
Qol: Ture, 90+2.
“Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya) 2:0
Qollar: Makqinn, 55. Duran, 64.
“Jirona” (İspaniya) – “Slovan” (Slovakiya) 2:0
Qollar: M.Qutyerres, 42. Xuanpe, 73.
“Şturm” (Avstriya) – “Sportinq” (Portuqaliya) 0:2
Qollar: N.Santos, 23. Qyokereş, 53.
“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 5:2
Qollar: Rüdiger, 60. Vinisius, 62; 86; 90+3. Lukas, 83 – Malen, 30. Gittens, 34.
“Arsenal” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna) 1:0
Qol: Riznık, 29-öz qapısına.
Bizi Facebook-da izləyin