
ÇL: “Meydanda dominantlıq edə bilmədik”
“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Çempionlar Liqasında Belçika “Brügge”sinə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis oyunun gərgin keçdiyini söyləyib:
“Birinci hissədə komandalar ehtiyatlı davrandılar, oyun gərgin keçdi. Meydanda dominantlıq edə bilmədik. Fasilədən sonra taktikamızı dəyişdik və plan işə düşdü. Bunun sayəsində biz üç qol vurduq və qalib gəldik”.
“Aston Villa” cavab matçında 3:0 hesabı ilə qalib gəlib. İlk oyunda da üstün olan (3:1) birmingemlilər Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib. Emerinin komandası yarımfinala çıxmaq üçün PSJ ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



