Kompani: “Bayern”i çalışdıranda psixoloji cəhətdən bir az daha asan olur”

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayer”lə qarşıdakı cavab oyunu haqda danışıb.

Komandalar bu gün Leverkuzendə qarşılaşacaqlar. İlk oyunda “Bayern” doğma meydanda 3:0 hesablı qələbə qazanmağı bacarıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı mütəxəssis “Bayern”i çalışdıranda psixoloji cəhətdən bir az daha asan olduğunu söyləyib:

“Bayern”i çalışdıranda psixoloji cəhətdən bir az daha asan olur. Burada həmişə qalib gəlməyə çalışırsan. “Bayer”lə görüşdə irəliləməyimizə kömək edəcək nəticə əldə etmək istəyirik. Meydana çıxanda əsas istəyimiz qələbə qazanmaqdır”.

Bu duelin qalibi Çempionlar Liqasının 1/4 final mərhələsində “İnter” və “Feyenoord” cütünün güclüsü ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button