
ÇL: “Mbappeni dayandırmaq çox çətin olacaq”
“Milan”ın qapıçısı Mayk Menyan UEFA Çempionlar Liqasının qarşıdakı oyununda “Real”ın hücumçusu Kilian Mbappe ilə qarşıdurmadan danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu, Mbappeni dayandırmağın çox çətin olacağını bildiklərini söyləyib:
“Mbappe böyük istedada malik futbolçudur, buna heç bir şübhə yoxdur. Biz bilirik ki, onu dayandırmaq çox çətin olacaq”.
“Real” – “Milan” matçı bu gün saat 00:00-da “Santyaqo Bernabeu”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin