
ÇL: Mbappe rekorda imza atıb
PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasında rekorda imza atıb.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, 25 yaşlı forvard bunu 1/8 final mərhələsinin “Real Sosyedad”la ilk oyununda (2:0) fərqlənməklə bacarıb. Nəticədə, Mbappe ÇL-də ardıcıl 10 oyununda ən azı 1 qol vurmuş olub. O, bunu bacaran ilk futbolçudur.
Mbappe 2017-ci ildən PSJ-də oynayır. O, komanda ilə ÇL-də keçirdiyi 68 matçda 44 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin