
Martinesdən etiraf: “İnter”in futbolçusuna tüpürüb
“Barselona”nın müdafiəçisi İniqo Martines UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı cavab oyununda Françesko Açerbinin arxasınca tüpürdüyünü etiraf edib.
Qarşılaşma “İnter”in 4:3 (ilk oyun 3:3) hesablı qələbəsi ilə başa çatıb.
Komanda.az xəbər verir ki, oyun zamanı, xüsusən, penalti epizodundan sonra futbolçular arasında gərginlik yaşanıb. Martines hadisə ilə bağlı “FOX Sports”-a açıqlamasında bunları deyib:
“O, hesab 2:0 olanda qışqıraraq bayram edirdi və düz qulağımın dibində qışqırdı. Bu, mənim tərəfimdən lazımsız reaksiya idi, amma tüpürcəyim ona dəymədi. Bir metr aralı keçdi. Yoxsa hakim məni meydandan qovardı”.
“İnter” finalda PSJ – “Arsenal” cütünün qalibi ilə qarşılaşacaq. İlk oyunda Paris təmsilçisi səfərdə 1:0 hesablı qələbə qazanıb. Cavab matçı bu gün keçiriləcək.
Bizi Facebook-da izləyin



