ÇL: “Mançester Siti” və “Real”dan səfər qələbəsi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb.

Komanda.az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.

Turnirin favoritləri sayılan “Mançester Siti” ilə “Real” səfər oyununa çıxıblar. İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olub və inamlı qələbəyə sevinib.

“Real” isə Almaniyada “Leypsiq”lə qarşılaşmadan çətin qələbə ilə ayrılıb.

Bu komandalar arasında cavab oyunları martın 6-da keçiriləcək.

Çempionlar Liqası
1/8 final, ilk oyunlar

13 fevral

Kopenhagen (Danimarka) – Mançester Siti (İngiltərə) 1:3
Qollar
: Mattsson, 34 – De Bröyne, 10. B.Silva, 45+1.
Baş hakim: Xose Maria Martines (İspaniya)
Kopenhagen, “Parken” stadionu

Leypsiq (Almaniya) – Real (İspaniya) 0:1
Qol
: B.Dias, 48.
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
Leypsiq, “RB Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button