ÇL: “Mançester Siti” “Real”a rəqib oldu
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində yarımfinal və finalın potensial rəqibləri də məlum olub.
Çempionlar Liqası
1/4 final:
Arsenal (İngiltərə) – Bayern (Almaniya)
Atletiko (İspaniya) – Borussiya (Dortmund, Almaniya)
Real (İspaniya) – Mançester Siti (İngiltərə)
PSJ (Fransa) – Barselona (İspaniya)
Yarımfinal:
“Atletiko” – “Borussiya” cütünün qalibi / PSJ – “Barselona” cütünün qalibi
“Arsenal” – “Bayern” cütünün qalibi / “Real” – “Mançester Siti” cütünün qalibi
1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel-1 may və 7-8 may tarixlərində oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.
Bizi Facebook-da izləyin